Menu

"Bəzi qruplar Aşura günü təxribat törətməyə cəhd edir" - QMİ sədri

04.09.2018, 11:48
"Bəzi qruplar Aşura günü təxribat törətməyə cəhd edir" - QMİ sədri

"Bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə, müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edirlər".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təxribatı yaratmaq istəyənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir: "Bu da əlbəttə, yolu xaricdən göstərilən və maliyyələşdirilən bəzi qrupların atdığı addımlardır".

QMİ sədri qeyd edib ki, Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: "Ölkədə dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır".

Şərhlər

buzlaq 2018-09-04 11:48:33

Tamamilə düz buyurursunuz.. Bunlar Marsiyançiklər, podzemlyançiklər, inoplanetyanlar, zəhləm getmiş yankilər və s.-lərdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol