Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, aşağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.
Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri
Sıra sayıMəhsulun adıİstehsalçı (firma və ölkə)Müayinənin nəticəsi1CEREBROVİT B 12"Fortex Nutraceuticals Ltd", Bolqarstandərman vasitəsi2Nutraxin Vitamin C"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyədərman vasitəsi3Nutraxin Ginkgo Biloba"BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyədərman vasitəsi4Kullinar kapsul №30"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyədərman vasitəsi5İNTRONEF"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏdərman vasitəsi6NUTRAXİN PROPOLİS"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyədərman vasitəsi7Nutraxin A-Oxi formula"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyədərman vasitəsi8Zanuvit D3 damcı 20 ml"Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.," Türkiyədərman vasitəsi9ZİNOFEN FM kapsul №30"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyədərman vasitəsi10LUZAKTOL kapsul No.30"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyədərman vasitəsi11İNOSTRES tablet No.30"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏdərman vasitəsi12MULTİ_DAY kapsul No.30"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏdərman vasitəsi13FERSİLON tablet No.30"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏdərman vasitəsi14Montana tablet No.30"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyədərman vasitəsi15Sharks"Saşera-Med" MMC" Rusiyadərman vasitəsi16EROCTİVE"Saşera-Med" MMC" Rusiyadərman vasitəsi17PERKALSİNLaboratoarele Remedia, Ruminiyadərman vasitəsi18MAXİDAYKoç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyədərman vasitəsi19VitaritmVega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyədərman vasitəsi20MAKSİKORVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi21DEMETRAPar Pak d.o.o-Serbiyadərman vasitəsi22Enuro-NVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi23LOVİSTERONVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi24MELAC-B6Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi25RINASEPT BAL-LIMONLozen Pharma-Hindistandərman vasitəsi26Natural qurd qovucuPharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyədərman vasitəsi27LikefilAfsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyədərman vasitəsi28Natural Multi Vitamin şərbətPharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyədərman vasitəsi29NATURAL KalsiumPharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyədərman vasitəsi30FURİYAVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi31Avitron(tablet N60)GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyədərman vasitəsi32ASCORKAPWest-pharma-East-Litvadərman vasitəsi33Immunitex tablet N30Ornado Medicine S.R.L-İtaliyadərman vasitəsi34SWISS ENERGY VITAMIN C 550 mg N20KENDLY LTD-Bolqarıstandərman vasitəsi35GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA)Domowa Apteczka-Polşadərman vasitəsi36Enzo plus, kapsul N30Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi37BrocsevinGricar Chemical SRL-İtaliyadərman vasitəsi38MEDEFERGrand Medical-Polşadərman vasitəsi39HEPAMARFortex Nutraceuticals LTD-Bolqariyadərman vasitəsi40HELONDeva Ticaret-Türkiyədərman vasitəsi41İntroserebralGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyədərman vasitəsi42GinbevitPharmacy Laboratories s.c.-Polşadərman vasitəsi43GUTROLFortex Nutraceuticals LTD-Bolqariyadərman vasitəsi44PROSVENTSC Laboratoarele Medical S.R.L Rumıniyanındərman vasitəsi45MAMATON“Ceego Labs Pvt.Ltd” Hindistandərman vasitəsi46CARTİSİN“Ceego Labs Pvt.Ltd” Hindistandərman vasitəsi47“NUTRAXİN ULTRA MEN”"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyədərman vasitəsi48“SİBERİAN GİNSENG”“Sirio Pharma Co.Ltd.” Çindərman vasitəsi49İMPULSİN"Saşera-Med" MMC" Rusiyadərman vasitəsi50Hero Active"Saşera-Med" MMC" Rusiyadərman vasitəsi


Şərhlər