Menu

Hindistan da Rusiyadan "S-400"-lər alacağını bəyan edib - ABŞ-ın təhdidlərini nəzərə almadı

04.09.2018, 16:17
Hindistan da Rusiyadan "S-400"-lər alacağını bəyan edib - ABŞ-ın təhdidlərini nəzərə almadı

ABŞ Hindistanı Rusiyadan "S-400" raket əleyhinə müdafiə sistemlərini almaması üçün təhdid etməsinə baxmayaraq, Hindistan cavab olaraq ABŞ-ı saymayacağını bəyan edəcək.

Publika.az xəbər verir ki, rəsmi Hindistan ABŞ-ın sanksiya hədələrinə və etirazlarına baxmayaraq, Rusiyadan "S-400" raket əleyhinə müdafiə sistemi alacağını qəti şəkildə bəyan edib.

Hindistanın " NDTV " saytının yazdığı məlumata görə, sentyabrın 6-da ABŞ və Hindistandan olan nazirlər arasında görüş keçiriləcək.

Görüş çərçivəsində Hindistan rəsmiləri Rusiyadan raket əleyhinə "S-400" müdafiə sistemlərinin alınmasına dair qəti qərarlarını ABŞ tərəfinə bildirəcəklərini deyiblər: "Rusiya ilə Hindistan arasında "S-400" müdafiə sistemlərinin alınmasına dair saziş demək olar ki, hazırdır. Bu sazişi daha da inkişaf etdirmək niyyətindəyik. Regional şərtlər səbəbindən bu müdafiə sistemləri Hindistana lazımdır. Bu səbəbdən də ABŞ-a öz mövqeyimizi qəti şəkildə bəyan edəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol