Menu

Güzəştli mənzil satışı başa çatıb - 324 mənzil  satılıb

05.09.2018, 18:21
Güzəştli mənzil satışı başa çatıb - 324 mənzil  satılıb

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışı, nəhayət ki, baş tutub.Agentliyin yaydığı məlumata görə, qurumun I layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə bu gün saat 15:00-da başlanılıb və mənzillərin seçimi uğurla başa çatdırılıb".

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70 faizdən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

MİDA inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Xatırladaq ki, satış bu gün saat 11.00-da olmalı idi. Lakin "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yarandığı üçün saat 15.00-a təxirə salınmışdı.

 

Şərhlər

Moshu 2018-09-05 18:21:26

Xalqımızın gözəl atalar sözləri var, onlardan biri də "yalan ayaq tutar yeriməz"dir. Bu gün nədənsə Vətənimizdə yalana o qədər alışmışıq ki, hamı ona inanlr, yalan danışmayan isə cəmiyyətin ən axmaq adamı sayılır. Görəsən MİDA-nın rəhbərliyi və məsul şəxsləri bu elana inanırlarmı? Tanıdıqlarım onlarla insanlar bu fırıldaqda iştirak edə bilməyiblər. Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi də onlara inanırmı? Xahiş edirəm bu yazını müsəlman etməyin, qoyun elə qeyri-müsəlman qalsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol