Qərb onu seçilmiş prezident hesab edir
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli oktyabrın 14-də Avropaya səfər edəcək. Daha sonra isə C.Həsənlinin ABŞ-a səfəri nəzərdə tutulub. Səfərin reallaşmasında əsas məqsəd 9 oktyabr prezident seçkilərində baş vermiş kütləvi seçki saxtakarlığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. “Avropa və ABŞ-a səfərimdə İlham Əliyev hakimiyyətinin səs oğurluğu müzakirə ediləcək”, deyə C.Həsənli Milli Şuranın bu gün keçirilən mitinqində çıxış edərkən məlumat verib.
Seçkidən sonra İlhaM Əliyevi təbrik etməyən və nəticələri tanımaqdan imtina edəən abş və Avropa ölkələrininin C.Həsənliyə dəvət göndərməsi maraq doğurmaya bilməz. Görünür, Qərb onu seçilmiş prezident hesab edir.
Vaqif


Şərhlər