«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Ukraynalı astroloq Vlad Ross «Qlavred» nəşrinə bildirib ki, 2025-ci ildə - Pluton «Sutökən» bürcünə daxil olanda - Rusiyanın «dağılması» prosesi başlayacaq.
«Bu, Rusiya dövlətində, Rusiya hakimiyyətində birinci «çat» olacaq. Bundan sonra və 2040-cı ilə qədər Rusiya Federasiyası ayrı-ayrı respublikalara parçalanacaq» - deyə, astroloq iddia edib.
Ross xatırladıb ki, SSRİ dövləti Əfqanıstan müharibəsi başlayandan təxminən 10 il sonra «yox oldu».
«İndi isə Putin Rusiyansının Ukraynaya soxulmasından təxminən 10 il ötəndən sonra Putin rejimi dağılmağa başlayacaq. Həmin vaxtda Putinin özü dəqiqdir ki, hakimiyyətdə olmayacaq. Hazırda bunu eşitmək ağıla sığmır, amma kim bilərdi ki, 1991-ci ildə Sovet İttifaqı dağılacaq? O vaxt bunu da proqnoz etmək ağılasığmaz idi» - astroloq qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın parçalanmasından sonra, onun ərazisinin bir hissəsi Ukraynanın olacaq.
«Krım və Kubanı Ukraynaya qaytarmayacaqlar, ancaq əvəzində, Rusiyanın bütün Avropa hissəsi - Moskva (daha doğrusu, onun qalıqları) ilə birlikdə - Ukraynaya qismət olacaq» - deyə, Ross dəqiqləşdirib.


Şərhlər