Menu

Si Tsizinpin Rusiya ilə dostluğun dəyərindən danışıb

12.09.2018, 10:36
Si Tsizinpin Rusiya ilə dostluğun dəyərindən danışıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin çərşənbə axşamı bəyan edib ki, ənənəvi dostluq və mürəkkəb anlarda bir-birinə kömək etməyə hazır olmaq Rusiya-Çin münasibtlərinin dəyəridir.

«Rusiya və Çin arasında dostluq daim möhkəmlənir. Vladivostokdakı «Okean» Ümumrusiya Uşaq Mərkəzi zəlzələdən zərər çəkmiş 900 çinli uşağı qəbul edib. Bu, uşaqlara təbii fəlakətdən aldıqları psixoloji zədənin özdəsindən gəlməyə kömək edib. Çində deyirlər ki, dost dar gündə məlum olar. Rusiyada da məsəl var: «Dost o deyil ki, səninlə kefdə gəzir, odur ki, darda kömək edir». Bizim xalqlar arasındakı həqiqi dostluq hissləri və Çin-Rusiya münasibətlərinin dəyəri məhz bundan ibarətdir» - deyə, geniş tərkibli Rusiya-Çin danışıqlarında Si Tsizinpin bəyan edib.

«Mühüm və nəhəng tədbirlərin keçirilməsi sahəsində bir-birini dəstəkləmək artıq aramızda yaxşı ənənəyə çevrilib. Biz, bilirik ki, Ümumrusiya iqtisadi forumu sizin şəxsi təşəbbüsünüz əsasında keçirilir. Forum, artıq əməkdaşlığın açar məsələlərinin müzakirəsi üçün mühüm meydana çevrilib və Uzaq Şərqin inkişafına əhəmiyyətli töhfə verir. Əminəm ki, hərtərəfli təşkil ediləcəyi təqdirdə, forum tam uğura çevriləcək» - Si Tsizinpin bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol