Menu

Türkiyənin kurort rayonunda zəlzələ baş verib

12.09.2018, 13:11
Türkiyənin kurort rayonunda zəlzələ baş verib

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin Antalya əyalətində maqnitudası 5,2 bal təşkil edən zəlzələ baş verib.

Türkiyə fövqəladə hallar Agentiyinin məlumatına görə, ilk təkanlar Bakı vaxtı ilə təxminən saat 10:22-də Antalya şəhərindən cənub istiqamətdə qeydə alınıb.

Zəlzələnin episentri Qumluca şəhərindən 65,45 kilometr, Antala şəhərindən isə 98,48 kilometr aralıda, ocağı isə 40,10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkmişlər barədə xəbər verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol