Menu

İTV-də daha bir departament rəhbəri işdən çıxarıldı

13.09.2018, 11:27
İTV-də daha bir departament rəhbəri işdən çıxarıldı

İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr ixtisarı baş verib.

Bu barədə İTV-dən Modern.az-a daxil olan məlumatda qeyd edilib.

Bildirilib ki,şirkətin Xəbərlər departamentinin rəhbəri Ələsgər Vəliyev vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Balakişi Qasımov İctimai Televiziyaya (İTV) baş direktor təyin olunandan sonra iş prinsiplərinin səmərəliliyin artırılması adıyla təqribən 120 nəfər peşəkar televiziya mütəxəssisi işdən azad edilib.

Şərhlər

Balaş 2018-09-13 11:27:32

İTV-də bu özbaşınalığın qabağını alan tapılacaq görəsən, bu dərəbəyliyə son nə vaxt qoyulacaq?

t.ədalət 2018-09-13 11:27:32

Hiss olunur ki,Balakişi verdiyini toplamaq üçün tələsik ucdantutma köhnə kadrları çıxarıb yerlərinə təzəsini gətirir.Bir azdan İTV-nin ekranını pullu müğənnilər və şirkət rəhbərləri bəzəyəcək.Amma zamana bel bağlamaq da səfehlik olar.Qarşıda adamı nəyin gözlədiyini heç kim bilmir.Bir az yavaşımaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol