Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set, SOCAR-ın vitse-prezidentləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, BANM-ın professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.


BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, BANM beynəlxalq şirkətlərin standartlarına cavab verən mühəndislər hazırlayır: “Təhsilə və kadr hazırlığına böyük önəm verən BP şirkəti BANM ilə əməkdaşlıqdan məmnundur və onun məzunlarından professional kadr olaraq çox razıdır”.
Mərasimdə çıxış edən BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set BANM ilə UNİTAR-ın əməkdaşlıq etdiyini və yeni layihə çərçivəsində əcnəbi tələbələrin, o cümlədən Nigeriyadan 15 tələbənin UNİTAR-ın xəttilə BANM-da təhsil alacağını bildirib. Nikhil Set deyib: ”UNİTAR-ın Ali Məktəbə bu etimadı onun dünya standartlarına cavab verən professional kadr hazırlığından və nüfuzundan irəli gəlir".
“Bilik Günü”ndə valideynlər adından çıxış edən AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli BANM-ın ölkə universitetləri arasında seçildiyini və onun təhsil sahəsində Azərbaycanı dünyada təmsil edə biləcək bir ali məktəb olduğunu deyib. Akademik qardaşı oğlunun da BANM-ı seçdiyini, 680 balla“Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olduğunu bildirib.
Ali Məktəbə yeni daxil olan tələbələr adından “Kimya mühəndisliyi” ixtisasına qəbul olmuş Vüsal Həsrətli, Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə ilk məzunlarından olan Mustafa Əsgərov məzunlar adından tədbirdə çıxış edib.
Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.





Şərhlər