«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Kiyev cari ilin sonuna qədər Azov dənizində hərbi-dəniz bazası yaratmaq niyyətindədir.
«Berdyanskdə Ukrayna hərbi-dəniz qüvvələrinin (HDQ) iki artilleriya-zirehli kateri suya buraxılıb. İlin sonuna qədər isə Azov dənizində hərbi-dəniz bazası yaradılacaq» - deyə, Ukrayna nazirlər kabineti rəsmi nümayəndəsinin «Feysbuk» səhifəsində xəbər verilir.
Bundan əvvəl Ukraynanın milli təhlükəsizlik Şurası Azov dənizindəki sahil-mühafizə bölmələrinin raket silahları ilə təmin olunası barədə tapşırıq verib.
Bununla bərabər, USQ quru qoşunları komandanı, general-polkovnik Sergey Popko Azovdakı ordu qruplarının artırılacağını bəyan edib. Bundan başqa, ölkənin infrastruktur nazirinin müavini Yuri Lavrenyukun məlumatına görə, Azov dənizinə əlavə olaraq, iki zirehli kater göndərilib.


Şərhlər