Menu

"Danışıqlar prosesi təhlükə altındadır" - XİN

17.09.2018, 15:14
"Danışıqlar prosesi təhlükə altındadır" - XİN

"Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir və bu bir daha göstərir ki, Emənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqesi qeyri-ciddidir, ziddiyyətli xarakter daşıyır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın üç əsgərinin öldürülməsi barədə dediklərini "Report"a şərh edərkən Azərbaycan XİN-nin Mətbuat Xidmətindən bildiriblər.

"Bizim Müdafiə Nazirliyimiz də artıq bu dezinformasiyanı təkzib edib. Ermənistan bununla vəziyyətin gərginləşməsinə və danışıq prosesinin pozulmasına cəhd göstərir. ATƏT-in Minsk Qrpunun həmsədrlər ölkələri də bunu nəzərər almalıdırlar ki, Ermənistanın bu cür siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır".

Şərhlər

EJDER 2018-09-17 15:14:07

EWWI LAZIM GELER,ERMENININ ANASI DUZELER

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol