“Bəzi yerlərdə küçələrdə qara bayraqlar asırlar. Heç bilinmir ki, üstünə nə yazılıb. Azərbaycanın dövlət bayrağı var, bayrağımızın üzərində yaşıl rəng İslamın rəmzidir. Ona görə də hər yerdə Azərbaycan bayrağı asılmalıdır. Bunu təbliğ etmək lazımdır”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov "Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda keçirilən konfransda deyib.
A.Cavadov qeyd edib ki, məscidlərdə, küçələrdə Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır: “Bir müddət öncə, rayonların birinə getmişdik, küçələr qara bayrağa bürünmüşdü. Bu nə deməkdir? Bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar İslam dininin mahiyyətini anlamalıdırlar, bunun üçün də oxumaq vacibdir”.


Şərhlər
Bayraq məsələsində Dini komitə lap ağ eləyir.Hətta onun dinimizlə bağlı mövqeyi yezuitlərin münasibətinə bənzəyir.Siz hansı dindənsiniz bilmirik.Biz İslam dininə mənsubuq.Bayraq da keçmiş zamanın simvoludur.İmam Hüseyn (ə) başını kəsən yezuitlər idi.Onlar həmin gün qırmızı geyinmişdilər.Dövlət Bayrağımızla dini bayraq ayrı-ayrı şeylərdir.Dini komitədən maaş almaq üçün İslamı öyrənin!