Menu

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

22.09.2018, 21:47
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

Sumqayıt şəhərinin Koroğlu prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 21-də saat 1 radələrində Sumqayıt şəhərinin Koroğlu prospektində şəhər sakini Daşqın Şahbazlı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Aynaxanım Rəhimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol