Rəsmi Bakı hələlik bunu nə təsdiq, nə də təkzib edib
Cəbhə xəttində vəziyyətin gərginləşməsindən sonra rəsmi İrəvan Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçiriləcəyinə dair məlumat yayıb.
ANS TV-nin məlumatına görə, Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində prezidentlərin görüşünün keçiriləcəyini bəyan edib. “Ümid edirik ki, görüşdə çox əhəmiyyətli razılaşma əldə olunacaq”, - deyə Abramyan qeyd edib.
Lakin rəsmi Bakı prezidentlərin görüşünün keçiriləcəyinə dair yayılan bu məlumatları hələlik nə təsdiq, nə də təkzib edib.


Şərhlər