«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) «Rusiynın enerji daşıyıcılarının bazara girmədiyinə əmin olmaq üçün» dəniz yollarının bu ölkənin üzünə bağlanmasını istisna etmir. Bu barədə ABŞ daxili işlər naziri Rayan Zinke bəyan edib.
«Amerikanın imkanı var ki, öz donanmasının köməyi sayəsində dəniz yollarında hərəkətin azadlığını təmin etsin və ehtiyac yarandığı hallarda, onun blokadasını təşkil etsin» - deyə, amerikalı məmur «The Washington Examiner» nəşrinə verdiyi müsahibədə xəbərdarlıq edib.
«Rusiya Avropada və Yaxın Şərqdə enerji daşıyıcıları ilə ticarət qurmağa cəhd göstərir, çünki onun iqtisadiyyatı enerji daşıyıcıları ixracındən hədsiz asılıdır» - nazir qeyd edib.
O, xatırladıb ki, ABŞ - dünyanın ən nəhəng neft-qaz istehsalçılarından biridir və lazımi anda Rusiyanı, həm də İranı bazardan sıxışdırıb çıxarda bilər.


Şərhlər