Menu

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

01.10.2018, 13:10
Peyklərimizdən əldə edilən gəlir açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub.

“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb.

Göstərilib ki, 2018-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Cari ilin ilk 8 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 15,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2018-ci ilin avqust ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 8 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol