“ABŞ-ın imici müttəfiqləri arasında tam zəifləyib” - Reuters

ABŞ Donald Trampın rəhbərliyi altında öz müttəfiqləri arasında avtoritetini itirib.Bununla bağlı "Röyters" agentliyi “Pew Research Center” şirkəti tərəfindən aparılan sorğuya istinadən məlumat verib.Yazıda ABŞ-ın nüfuzunun xüsusilə Kanada və Almaniya üzərinə edilən iqtisadi hücumlardan sonra lap aşağı düşdüyü bildirilir.

Hazırda almanların sadəcə 30%-nin ABŞ-a rəğbət bəslədyi ortaya çıxıb. Bu göstərici keçən illə müqayisədə 5% azdır. Həmçinn yalnız 38% fransız və 39% kanadalı Birləşmiş Ştatlar barədə müsbət rəy veriblər.

Agentlik Donald Trampın hakimiyyətə gəldiyi gündən ABŞ-ın birtərəfli qaydada beynəlxalq hüquqi öhdəliklərindən vaz keçdiyini bildirib.

Картинки по запросу trump paris accord and iran nuclear deal

Bunlara Paris iqlim sazişi və İran nüvə anlaşması kimi mühüm beynəlxalq sənədlər daxildir.

Beynəlxalq hüquqa ikrahla baxdığını gizlətməyən Trampın bunu əvəzində KXDR lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putinlə hər vəchlə yaxın olmaq niyyətini gizlətmədiyi qeyd olunub.

Həmçinin Ağ Evin sahibinin NATO və Avropa Birliyindəki müttəfiqlərini tez-tez pis vəziyyətdə qoyması, Kanadada keçirilən G7 sammitində birgə bəyannaməni imzalamaqdan imtina etməsi, Kanadanın baş naziri Castin Trüdonu zəif və şərəfsiz adlandırması ABŞ-ın nüfuzunun enməsində əsas səbəblərdən biri olaraq göstərilib.

Картинки по запросу trump G7 canada

Keçən həftə isə Tramp bütün bunların müqabilində ABŞ-ın son iki ildə bütün tarixi ərzində əldə etdiy nailiyyətlərdən daha böyük uğurlar qazandığını söyləmiş, onun sözləri zalda gülüşməyə səbəb olmuşdu.

“Axios” saytı isə Trampın ruslar arasında hörmətinin azaldığının müşahidə olunduğunu yazıb.

Belə ki, keçən illə müqayisədə Trampa inananların sayı 55%-dən 19%-a qədər geriəyib.Tramp hakimiyyətə gəldikdən sonra ruslar içində ABŞ-ın Barak Obama dövründə 15%-ə qədər düşən nüfuzu 40%-ə qədər qalxmışdı. Hazırda bu rəqəm yenidən 26%-ə qədər enib. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar