Menu

Sabiq prezident 15 il müddətinə həbs edilir - Korrupsiya

05.10.2018, 15:12
Sabiq prezident 15 il müddətinə həbs edilir - Korrupsiya

Cənubi Koreyanın sabiq prezidenti Li Mön Bak 15 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, keçmiş prezident korrupsiyada ittiham olunur.

Bundan başqa, Li Mön Bak 11,5 milyon dollar dəyərində cərimə ödəməyə məcbur edilib.

Qeyd olunur ki, sabiq prezident “Samsung” şirkətindən 6 milyon dollara yaxın rüşvət almaqda ittiham olunub. Li Mön Bak həmçinin ehtiyat hissələri istehsal edən şirkətin 22 milyon dollar vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol