Menu

Bu rayonlarda cəmi 1 nəfər işsiz var – RƏSMİ SİYAHI

06.10.2018, 15:12
Bu rayonlarda cəmi 1 nəfər işsiz var – RƏSMİ SİYAHI

Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayına ölkə üzrə qeydə alnan işsizlərin sayını açıqlayıb. Fed.az hesabata istinadən xəbər verir ki, bu ilin 8 ayında ölkədə rəsmi surətdə işsiz kimi qediyyatdan keçənlərin sayı 35 min 440 nəfər olub.

Komitənin hesablamalarına görə, ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52%-idir. Sumqayıtda isə 1 266 nəfər işsiz qeydə alınıb.

Ən az işsiz olan rayonlara gəlincə, rəsmi məlumata görə, ayrı-ayrı rayon və şəhərlərə gəlincə, bölgələrdə ən çox işsiz olan ilk 10 rayon-şəhərləri bunlardır:

Mingəçevir şəhəri (1125 nəfər)

Bərdə rayonu (1013 nəfər)

Kəlbəcər rayonu (878 nəfər)

Gəncə şəhəri (772 nəfər)

Ağdam rayonu (739 nəfər)

Abşeron rayonu (641 nəfər)

Hacıqabul rayonu (634 nəfər)

Göyçay rayonu (581 nəfər)

Quba rayonu (513 nəfər)

Lənkaran şəhəri (416 nəfər)

Azərbaycanda ən az işsiz olan 10 rayon isə aşağıdakılardır:

Tovuz rayonu (6 nəfər)

Goranboy rayonu (4 nəfər)

Ağıstava rayonu (3 nəfər)

Daşkəsən rayonu (3 nəfər)

Balakən rayonu (3 nəfər)

Qəbələ rayonu (3 nəfər)

Astara rayonu (1 nəfər)

Qusar rayonu (1 nəfər)

Beylaqan rayonu (1 nəfər)

Ağcabədi rayonu (1 nəfər)

Şərhlər

ZAUR 2018-10-06 15:12:55

Inanmaq istərdim

miri 2018-10-06 15:12:55

O da el dili ilə desək- "işsizlik idarəsi"nin müdiri olar, yəqin.

məmmədqulu 2018-10-06 15:12:55

O işsiz də yəqin ki, rayon İH başçısıdır!

Sus 2018-10-06 15:12:55

Gülüncdür

EJDER 2018-10-06 15:12:55

BELI ELE BIZIM ANALOQU OLMAYAN INKIWAF KIMI.BU DA KITAYSKI STATISTIKADU...KEYF ELEYIN,AY MILLET

Abit 2018-10-06 15:12:55

Yalançı.........

azər 2018-10-06 15:12:55

sovet dönəmi pripiskaları bu sahədə çox böyük vüsət alıb, amma tam tərsinə - qat-qat azaltma istiqamətində..

Mehdi 2018-10-06 15:12:55

Hörmət 2018-10-06 15:12:55

Bu rayonlarda təcili olaraq məşğulluq idarələrini ləğv etmək lazımdır. Bir adama görə məşğulluq idarələrini sağlayıb dövlət vəsaitini boş yerə itirmək lazım deyil.Təzə nazir yəqin ki,bu işlə məşğul olacaq.Gör nə qədər inkişaf etmişik ki,ölkə üzrə 35 min 400 yüz işsiz var.Bəli əsl analoqu olmayan inkişaf budur.

Azərbaycan vətəndaşı 2018-10-06 15:12:55

Allaha and olsun ayıbdır.Belə şeyləri yazıb milləti əsəbləşdirmiyin.

R-n 2018-10-06 15:12:55

Esl azerbaycansayagi STATISTIKA.OLkenin 90 %-i ishsizdir,bu dunya statistikasidir...

Oqtay 2018-10-06 15:12:55

Aydındır ki hamı buna inandı

Zaur 2018-10-06 15:12:55

Saxta statistika, məzlum xalq, zalım iqtidar, işverənlik, cibə narkotik, terrorçu damgası, qorxaq cəmiyyət, saxta seçki,saxta referendum, seçkiyə getməyən düşüncəsiz milyonlarla adam, 1200 manata sürücülük vəsiqəsi, 5000 manata bələdiyyə sədri , 3000 manata icra nümayəndəsi, prezidentin İmişliyə gələcəyinə görə yalanan küçələr, uçuq hasarların deşiyinə hörgü şəkilli plakatlar, Vilyama vətənə xidmət medalı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol