Menu

Bakıda qardaş qardaşı öldürdü

06.10.2018, 20:41
Bakıda qardaş qardaşı öldürdü

Bakıda qardaş qardaşını bıçaqlayaraq qətlə yetirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, hadisə oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol