Menu

«Rusiya İranla İsraili barışdırmağa çalışır»

06.10.2018, 21:32
«Rusiya İranla İsraili barışdırmağa çalışır»

«AzPolitika.info»-nun xarici KİV-ə istinala verdiyi xəbərə görə, Rusiya münaqişədə olan İran və İsrail arasında gizli əlaqə kanalı yaratmaq cəhdləri göstərir. Bu barədə Səudiyyə qəzeti «Əş-Şərq əl-Ausat»-a istinadla, «İsrail xəbərləri» portalı xəbər verib.

Qəzetin «yüksək məqamlı mənbəyi»nin sözlərinə görə, Moskva iki ölkə arasında danışıqların rəsmi vasitəçisi də ola bilər.

Qeyd olunur ki, bunda məqsəd, Rusiya "S-300" sistemlərinin Suriyaya gətirilməsindən sonra, bu ölkədə gərginliyin azaldılmasından ibarətdir. "S-300" sistemlərinin Suriyaya gətirilməsi Rusiyanın İl-20 təyyarəsinin vululmasına bir cavab hesab olunur. Belə ki, bu məsələdə Moskva İsraili günahlandırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol