Sumqayıtda idarə rəisi tutduğu vəzifədən azad olunub. "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyev tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Namiq Tarverdiyev bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.

Namiq Qorxmaz oğlu Tarverdiyev bundan öncə Yevlax rayon Qaz İstismarı Sahəsinin və Xəzər rayon Qaz İstismar Sahəsinin rəis əvəzi işləyib.

Hələlik idarə rəisinin yerinə təyinat yoxdur. (sumqayitxeber.com)