Menu

İsrail Avropa dövlətlərini günahlandırdı! - Daxili işlərinə qarışmaqda...

07.10.2018, 23:11
İsrail Avropa dövlətlərini günahlandırdı! - Daxili işlərinə qarışmaqda...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, İsrailin müdafiə naziri Aviqdor Liberman 8 ölkənin səfirlərinə məktub göndərib. Nazir öz məktubunda Avropa ölkələrini Xan əl-Əhmar qəsəbəsindəki vəziyyətin fonunda, faktları «məqsədli şəkildə təhrif etməkdə» və İsrailin daxili işlərinə qarışmaqda günahlandırıb.

Bu barədə fransız qəzeti «Monde» xəbər verib. Sözügedən məktub qəzetin «əlinə keçib».

Bundan əvvəl Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Xan əl-Əhram qəsəbəsinin məhvə məruz qoyulmasının doğuracağı nəticələr barədə İsraili xəbərdar etmişdi.

«İsrail gözləyir ki, onun daxili işlərinə və taleyüklü institutlarına elə sizin hökumətlərinizin haqlı olaraq özlərinə rəva gördükləri qədər haqlı yanaşsınlar» - deyə, Liberman yazıb.

Yerusəlimlimin qonşuluğunda və Ölü dənizə aparan yolun üstündə yerləşən Xan əl-Əhmar qəsəbəsini İsrail «qanunsuz tikinti» elan edib və onun sökülməsinə hazırlaşır. Xaricdən olan çoxsaylı etirazlara baxmayaraq, orada yaşayan 200-ə qədər bədəvi-fələstinlini isə məcburi qaydada köçürmək niyyətindədirlər.

Bundan əvvəl İsrailin Ali məhkəməsi yerli sakinlərin sökülməyə etiraz petisiyasını rədd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol