Menu

BMT Ermənistan və Azərbaycana çağırış etdi

05.08.2014, 08:49

BMT logo 1BMT baş katibi Pan Qi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb.

Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.

“Pan Qi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyin dərhal aradan qaldırmağa, həmçinin, münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb”, deyə sənəddə qeyd olunur.

BMT baş katibi ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində son günlər gərginliyin artması ilə əlaqədar narahatlığı bölüşdüyünü ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol