ŞÜKÜROV 400 MİLYONU "YEYƏNDƏ" NAZİRLİK HARA BAXIRDI? -  "Göz yumublar...”

Deputat Aqil Abbas “Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürovun 400 milyon yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb. O big.az-a deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir.

Sitat: “Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

Bununla bağlı müsavat.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli dövlətin nəzarət mexanizmlərinin olmasının vacibliyindən danışdı: “Nəzarət mexanizmi ən çox onun üçün vacibdir ki, büdcədən ayrılan vəsaitin doğru-düzgün xərclənməsinə nəzarət etsin. Bu işdə ən yetkili orqan Hesablama Palatasıdır. Qurum hər il büdcədən ayrılan vəsaitlərin doğru-düzgün xərclənməsi ilə bağlı arayışlar verir. Yoxlamaların nəticələri ictimaiyyətə açıq olmalıdır. Hesablama Palatası ictimaiyyətlə daha sıx işləməli və işində ciddi dönüş etməlidir. Siz jurnalistlərin fəaliyyəti nəticəsində dəfələrlə ”Bakı Lift-Təmir" İstehsalat Birliyinin işlərindəki problemlərlə, eləcə də, liftlərin düzgün işləməməsi, tez-tez qırılması ilə bağlı kifayət qədər məlumatlar oxumuşuq. Bunun barəsində saytlarda məlumat axtarmaq istəsək, qarşımıza onlarla məlumat çıxar. Hüquq mühafizə orqanları da buna ciddi reaksiya verməli idilər.

Qüdrət Şükürovun beynəlxalq korrupsiya qalmaqallarında bu şəkildə adının hallanmasına imkan verilməməli idi. Maliyyə Nazirliyi və Hesablama Palatası bu xərcləmələrlə bağlı daha ciddi nəzarət həyata keçirməli idi. Hesablama Palatası açıqlama verməlidir ki, bu illər ərzində “Bakı Lift-Təmir” İstehsalat Birliyi ilə bağlı hər hansı bir rəy verib ya yox. Mətbuatı, gündəmi daim izləyən birisi kimi yadıma gəlmir ki, bununla bağlı Maliyyə Nazirliyinin yaxud Hesablama Palatasının hər hansı bir arayışı olsun. Halbuki, qanun bunu tələb edir ki, belə yoxlamalar aparılsın, nöqsanlar aşkar olunarsa, ciddi cəzalandırılmalar olsun. Çox təəssüflər olsun ki, Azərbaycanda cəzasızlıq mexanizmi var. Bu da daha çox cinayətlər törədir. Cəzasızlıq mühiti korrupsiya hallarının və büdcə vəsaitinin cinayət yolu ilə mənimsənilməsinin həcmini artırır".

635x100

Şərhlər

Şəkidən 2018-10-13 11:11:27

Goğrafiya müəlimini olan Vüqarı, Maliyyə idarəsinin müdiri təyin edəndə, əlbəttə dövlət əmlakının talan olunmasına gətirib çıxaracaqdır ? Maliyyə idarələrinə ıən azı öz peşəsi üzrə 5-10 il işləmiş maliyyəçini Maliyyə idarəsinə müdir təyin etmək olar..

Sadiq 2018-10-13 11:11:27

Aqil Abbasa : Siz na tahar va haradan hesabladiniz ki Lifttamir IB-da 400 milyon yeyilib? Sirr deyilsa , o hseablama metodunuzu bizimla paylashin. Niya yalan dezinformasiyalar yayib shou yaradirsiniz? Maqsadiniz nadir? http://sia.az/az/news/social/704334.html

maliyyəçi 2018-10-13 11:11:27

HESABLAMA PALATASININ ÖZÜNƏ NƏZARƏT EDƏN İSTƏYİR.KÜL BİZİM BAŞIMİZA GÖR NƏ GÜNDIYİK Kİ .LİFT İDARƏSİNİN MÜDİRİ ÖZ BAŞINADIR Kİ 400 MİLYONU TƏK YESİN. HAY- HAY ÖLMÜŞDÜ MALİYYƏ NAZİRLİYİ VƏ YA BAŞQA BÜDCƏYƏ NƏZARƏT ORQANLARI.

Pisi 2018-10-13 11:11:27

Aqil emi metbuatda duz deyirsiz cox yazildi bu barede maliyye nazirliyi hara baxirdi onu da duz deyirsiz bes bele melumatliydinizsa birdefede vaxtinda milli meclisde bu meseleni qaldirardiz ki qudret sukurovdan metbuat bele yazir aidiyyati qurumlar tedbir gorsun.vaxtinda demek lazimdi yoxsa sizinle vahid ehmedov gudursuz ki kimse cixsin sonra doseyesiz bu kisiye yarsan hereket deyil.gozluyursuz ki sehiyye naziri cixsin basliyasiz.sehiyyede olanlardan indi yazsaz ve danissaz belkede biraz hormet qazanardiz amma cetin hardaydi sizde o ...

antiAbu 2018-10-13 11:11:27

Bakı şəhər İcra Hakimiyyətinə Başçı təyin edilən kimi, Hacıbala Abutalıbovun ilk sərəncamlarından biri Nəzarət İdarəsinin ləğv edilməsi barəsində olub. Niyə? Rahat mənimsəmək üçün.

EJDER 2018-10-13 11:11:27

EWWI 400 MILYONUN HEC 5 FAIZI ONA GELIB ,CATMAYIB...BURASI AZERBAYCANDI .HAMI NAQIL DANIWIR...YAP in NAQILI.KEYF ELEYIN

Veteran 2018-10-13 11:11:27

Ay Aqil muellim bele iwlere munasibet bildirmesen yaxwidir. Cunki Wukurov yaddan cixacaq bawlayacaqlar seni yuyub-sermeye!

G.M 2018-10-13 11:11:27

Dövlətin,büdcənin pulunu yeməyənə,İH Başçısı olmaq üçün rüşvət verməyənə,Deputat olmaq üçün ona-buna,domdan-dona ``girməyənə`` Müasir Cəmiyətimizdə pis baxırlar..Fərasətsizdir deyirlər.Bir vaxtlar ƏDALƏT Qəzeti Məmurlara Bayıl türməsinin yolundan,filandan yazardı ,Elçibəyin nəzərinə,isgəndərin qulağına çatdırardı ki...``dağıdırlar``.İndi özü də deputatdır.

mahmud 2018-10-13 11:11:27

hesablama palatasi nazarat etmalidir maliyya nazirliyi yox gunah hesablama palatasindadi

mahmud 2018-10-13 11:11:27

hesablama palatali nazarat etmalidir

Təqaüdçü 2018-10-13 11:11:27

....Aqil Abbas da bir vaxtlar "ədalət" adlanan qəzetində başlığına bir cümlə anons yazılardı: Filan rayonun prokroru və ya başçısı və ya rəisi və s. filankəsdir... ardı gələn nömrədə və ya filan rayonun filan idarənin yaxşı binası var. Adı və ya idarəsinin adı çəkilən həmin şəxs növbəti nömrəyə kimi "əl-ayağa deüşüb qabaqlayıcı tədbirlər" görüb razı salıb növbəti nömrənin söz-söhbətindən canını qurtarardı. İndi də liftçi... Nəinki maliyyə nazirinin, o cümlədən hamının, o cümlədən prokurorların, rəislərin və eləcə də digər rəsmi şəxslərin orada olan yeyintidən xəbərsiz olmalarını düşünmək sadəlövlük olardı. Hamının xəbəri olub və hər biri də aşağıdan yuxarı paylarını alıb durub kənarda.

məmmədqulu 2018-10-13 11:11:27

Siz cənab deputat milləti soçan əkərək divar hörməyə göndərəndə, Şükürov da 400 milyonu neçə instansiya (yuxarı) ilə şərikə yeyirdi.....

t.ədalət 2018-10-13 11:11:27

Qüdrət Şükürovun ikinci qudası Gürcüstanlıdır.Maliyyə nazirliyi,bəlkə bu səbəbdən "Bakılifttəmir"dəki maliyyə oöurluğuna biganəlik göstərib?

Həmdulla 2018-10-13 11:11:27

Bu günlərdə Masallıya gedirdim, necə deyərlər təzə yolla!Heç sevinmədim! İnanın ki, Ramiz Rövşənin sözü olmasın, "xirs içində"! 20 ildir Azərbaycanda pul fontan vurur, neft deyil, regionların inkişafı adı altında 200 milyard manat yeyilib! Biz hələ indi rahat yol görürük! Bu neçə ildə Ələt-Astara yolunda neçə min adam avtoqəzada qırılıb? Məsuliyyəti kimin boynundadır? Dəhşətdir, harda korrupsiya, yeyib dağıtmaq var, pullar ordadır. Bunu Allah götürməz, inşAllah Xəzər qalxar, hamımız bir batarıq!

Aqil Abbasa 2018-10-13 11:11:27

Aqil bəy,ekspert bilərəkdən fərziyyələrini işə salırlar.Bu lift İB Bakı şəhər İcra hakimiyyəti nəzdindədir və onlara birbaşa maliyyə ayrılmır . Onlara maliyyə Bakı İH tərəfindən bölünür.Ona görə Lift istehsalat birliyinin proqramına ( görüləcək işlərə) uyğun olaraq onlara maliyyə BakıİH tərəfindən təyin edilib və məlumdur ki,onun xərclənməsinə nəzarət isə Bakı şəhəri İH tərəfindən ( H.Abutalıbov) edilməli idi.Çox ehtimal ki, bu məsələdə Bakı İH il müəyyən sövdələşmələr mövcud olub.Bu araşdırma mövzusud

Son yazılar