Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özünə 1 milyon dollar dəyərində avtomobil alıb. Minval.İnfo xəbər verir ki, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan “Mersedes G63 AMC İNCAS” maşını gətizdirib. Bu maşının bir özəlliyi də onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır.
Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10 AH 784 dövlət qeydiyyat nişanını sifariş edib. İş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.



Şərhlər
Əgər bir avtomobilə 1,2 milyon dollar veribsə,deməli,1,2 milyardı var.Belələri istəsə hakimiyyəti də ələ keçirə bilər.Bu qədər sərvətin qarşısında heç nə duruş gətirə bilməz.Təhlükəsizlik qüvvələri,əslində təhlükəni belə ünvanlarda axtarmalıdırlar..
Bir gün bu kişinin də səsi lift Qüdrətin yanından gələcək. Görəsən Baku Steel Company ni neçə manata alıb, nə qədər vergi verir bu sahibkar?