Hörmətli Həmvətənlər.
Mən Zeynalov Murad İntiqam oğlu 1990-cı ildə Ucar rayonunda anadan olmuşam. Ailəliyəm, 1 azyaşlı uşağım var. 2010-cu il tarixdə ağır xəstəliklə əlaqədar cərrahiyə əməliyyatı olundum, ürəyimə cihaz qoyuldu. Buna görə ölmədim yaşayıram. Həkimlər bildirdilər ki, bu cihazın elektirik qidalandırıcısının (batareya) işləmə müddəti 5 ildir.
Müddət bitəndən sonra mütləq yenisi ilə əvəz olunmalıdır, əks təqdirdə öləcəksən. Bunun qiyməti 15000 manatdır. Çox yoxsul vəziyyətdə kirayədə yaşayırıq. 2010 –cu il tarixdə evimizi satıb, cərrahiyə olundum. İndi isə satmağa heç nəyimiz yoxdur. Özüm gənc olsamda ancaq bir övladıma görə yaşamaq istəyirəm. Ümüdümü üzməmişəm ona görə ki, səxavətli, mərhəmətli xalqımız var. Hər bir həmvətənlərimdən çox-çox xahiş edirəm imkan daxilində mənə kömək edin. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
Bütün mətbuat rəhbərlərindən xahiş edirəm mənim bu müraciətimi hər gün dərc edin ki, bəlkə mənə kömək etdilər. Allah Sizi qorusun.
Bank Hesab Nömrəsi. Kapital. Bank Ucar rayon filalı.
AZ06AİİB38010019447703331177
VÖEN: 9900003611
Zeynalov Murad İntiqam oğlu .
Əlaqə telefonum (051) 546-69-34



Şərhlər