Menu

Prezident cəbhə bölgəsində operativ müşavirə keçirdi

06.08.2014, 16:15
Prezident cəbhə bölgəsində operativ müşavirə keçirdi

[caption id="attachment_46147" align="alignleft" width="300"] arxiv foto[/caption]

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfəri zamanı Ağdamdakı “N” saylı hərbi hissədə olub.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevə raport verib.

Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib.

Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol