Bu gün Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib.
Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, məhkəmə birinci ibstansiya məhkəməsinin 3 aylıq həbs qərarını qüvvədə saxlayıb.
Leyla Yunus CM-in 274 (dövlətə xəyanət), 213 (vergi ödənişindən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (sənədlərin saxtalaşdırılması), 178.3.2 (böyük ölçüdə fırıldaqçılıq) maddələri ilə ittiham olunur.
Amnesty İnternational Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.

Şərhlər