Menu

Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb

28.10.2018, 20:22
Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sənan Elbrus oğlu Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol