Menu

Bakıda sexdə yanğın - Ölən şəxsin kimliyi məlum deyil

30.10.2018, 09:23
Bakıda sexdə yanğın - Ölən şəxsin kimliyi məlum deyil

Bakıda taxta sexi yanıb.

FHN-dən verilən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol