Menu

Həmsədrlər Nikol Paşinyanla görüşüblər

30.10.2018, 10:43
Həmsədrlər Nikol Paşinyanla görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb, cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, həmsədrlər Azərbaycana da gələcəklər. Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək növbəti monitorinqdə iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol