Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.
“Report” xəbər verir ki, kabinetin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub.
Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb.


Şərhlər
Bu məmurların dəlilik kağızları qəzetdə çap olunubmu? Onlar qocaldıqlarını və qocalıqlarının Lev Tolstoyun qocalığına bənzədiklərini mətbuatda etiraf ediblərmi? Azərbaycan mentalitetinə əsasən qocalığı Lev Tolstoyun qocalığına bənzəyən şəxs cəmiyyət tərəfindən ən azından qınanmalıdır. İstənilən kişi kimisə Azərbaycanda yeganə kişi elan edirsə, onun hansı zümrəyə aid olduğu aydındır! Niyə yuxarıda sadalanan "keyfiyyətlərə" malik, yaşı təqaüd yaşını 9 ildir keçmiş məmur vəzifədə saxlanılır?