Menu

Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib

31.10.2018, 13:41
Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib

Bakıda intihar olub.

“Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü İbad Qubad oğlu Namazov yaşadığı evdə ülgüclə boğazını, qollarını və qarnını doğrayıb. Nəticədə o hadisə yerindəcə keçinib. Onun qana boyanmış meyitini yaxınları aşkar edib və bu barədə polisə məlumat veriblər. İ.Namazovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Musa 2018-10-31 13:41:18

Müstəqillik devrundə , insanın özünü yandırması, bıçaqlar özünü doğramasi qəbul olunmazdı? Bu qədər ,inkişafın qabağında , bu qədər,ölkəmizin ,ğüclu olduğu zamanda ,belə işlər olmamalıdır ! Görünür ki, bu intihar edənlərin pulu çoxdu başları xarab olub,bu intaharı edib o dünyaya tələsirlər ! Ğorunur bu cürə Azərbaycanda firavan həyat hunların xoşüna gəlmir ,gedib orda bundan daha firavan həyat axtarırlar! Beləsinə deyirəm yekə kişisiniz Qarabağı döýüşünü qoyub hara qaçırsınız ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol