Menu

İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır

01.11.2018, 17:36
İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır

Cənubi Koreya İrana qarşı sanksiyalardan yayınmaq barədə ABŞ-la razılaşmaq ərəfəsindədir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Koreya hökumətindəki mənbə məlumat verib.

Məlumata görə, İran neftini idxal edən ölkələrin az qala hamısı güzəşt əldə etmək üçün ABŞ-la danışıqlar aparır. Bu ölkələrlə saziş şərtlərinin dəyişməsi ehtimalı qalır. Məsələn, Hindistandakı mənbələrə görə, bu ölkə də İran neftinin idxalını davam etmək üçün ABŞ-la xüsusi sazişin şərtlərini razılaşdırıb. Belə ki, İran neftinin haqqı sanksiya müddətində toxunulmaz qalacaq xüsusi ekskrou hesaba köçürüləcək.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İranın yanacaq-energetika kompleksinə və İran Mərkəzi Bankının əməliyyatlarına sanksiya tətbiq etməyi planlaşdırır. Daha əvvəl Ağ Ev bütün ölkələrdən İran neftinin idxalından əl çəkməyi tələb edirdi.

Şərhlər

Dünyanın bir sakini 2018-11-01 17:36:24

Mən başa düşə bilmirəm ki,Bu ölkələr nə üçün özlərini ABŞ-ın nökərinə çevriblər.Kimdir axı bu ABŞ.Araqarışdıran,müsəlman qanına susamış qanicən bir dövlət.Bu sanksiyaları BMT tətbiq etsəydi və BMT üzvü olan ölkələr bu sanksiyalara qoşulsaydı onları başa düşmək olardı.Ancaq bir dövlət başqa bir dövlətə sanksiya tətbiq edir.Özünü ABŞ-ın nökəri kimi aparan dövlətlər ABŞ-dan icazə alıb sanksiyalara qoşulmaq istəmirlər.Kül olsun belə dövlətlərin başına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol