Menu

Türkiyə ilə ABŞ Münbiçdə yenidən əməliyyatlara başladı

01.11.2018, 22:23
Türkiyə ilə ABŞ Münbiçdə yenidən əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusu Münbiçdə ortaq antiterror əməliyyatına başlayıb.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təlimlər Sacu çayı ətrafında aparılır. Hər iki ölkə arasındakı yol xəritəsi hərəkatı iyunun 4-dən sonrakı ilk 3 ay ərzində ortaq təlimlərin tamamlanaraq YPG/PKK terrorçularının bölgədən tamamilə çıxarılması, daha sonra isə hərbi və vətəndaş birliklərinin yenidən təşkilatlandırılmasını nəzərdə tutur.

Ancaq ABŞ tərəfi təlimləri yol xəritəsinin ilkin mərhələsində texniki səbəbləri əsas gətirərərək gecikdirirdi. Bu gün isə ortaq hərəkat yenidən başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol