Menu

Milli Məclisin iclasında mübahisə - "Camaata dərs keçmə"

02.11.2018, 12:40
Milli Məclisin iclasında mübahisə - "Camaata dərs keçmə"

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

“Report” xəbər verir ki, bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.

Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb.

Z.Oruc da deputat həmkarına “Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin” cavabını verib.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin bitdi, uzatmaq lazım deyil”.

Şərhlər

ayzek 2018-11-02 12:40:03

ÇOX DANIŞSAN OQTAY SƏNİ "ŞESTAYA RUKA" ELİYƏCƏK!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol