CAVİD QURBANOV "TOPAZ"ın da SAHİBİNƏ ÇEVRİLDİ - Mərc oyunlarına nəzarəti ələ aldı

Türkiyənin "Turkcell" şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın "Azerinteltek" şirkətindəki payını "Baltech Investment" MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra "Baltech İnvestment"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir.

"Marja" xəbər verir ki, "Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin (İnteltek) kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi.

"Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin, "Azerinteltek"də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, "Azerinteltek"in 24,5 faiz ilə səhmdarı olan "Baltech Investment"ə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir", - "Turkcell"dən bildirilib.

Qeyd edək ki, "TOPAZ”ın səhmlərinin 75 faizini Cavid Qurbanovun əldə etdiyinə dair məlumatı Türkiyədəki mənbələr də təsdiqləyib. Mənbənin mətbuta vrdiyi  məlumata görə,  "TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovdu. Bu isə o deməkdir ki, baş dəmiryolçu "TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.

""Turkcell"in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub. Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun "Baltech Investment LLC” vasitəsilə "Turkcell"ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın "qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib" deyə məlumatda bildirilib.

Onu da qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

"Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

635x100

Şərhlər

azər 2018-11-03 11:47:36

o, yoxsa təzə qohumları?

helime 2018-11-03 11:47:36

TOPAZ neche insanin heyatini mehv edib.KKazinolari yigishdirib,evezine topazlari achmaq neye lazim idi?Bu oyular narkomaniyadan beter asililiq emele getirir ve cavanlarimizin bashini borca soxur

G.M 2018-11-03 11:47:36

Xalqın malı-mülkün kələkliyib ,əllərindən alıb xaricə daşıyırlar..bir müddət sonra xaricilərə təhvil verib geri qayıdırlar.``evdə xoruz,çöldə fərə`` məmurlarımız oğurladıqlarını əllərində saxlaya da bilmirlər.

EJDER 2018-11-03 11:47:36

HARAM XOWLARI OLSUN....BU MILLET UCUN PAZDI,QANUNI P A Z...

AZER 2018-11-03 11:47:36

EYBI YOX,BU AXI SHILTAQ YEZNADIR

Vətəndaş 2018-11-03 11:47:36

Yeznəyə kim nə deyəcək?

Son yazılar