Menu

Britaniyanın ən böyük bankı Rusiya və Belarusdan ödənişləri dayandırdı – “Müştərilər alternativ variantlar tapsınlar...”

23.11.2024, 10:00
Britaniyanın ən böyük bankı Rusiya və Belarusdan ödənişləri dayandırdı – “Müştərilər alternativ variantlar tapsınlar...”

Böyük Britaniyanın ən böyük bankı olan HSBC Rusiya və Belarusdan gələn bütün ödənişlərin icrasını dayandırıb.

“Rusiya və ya Belarusun iştirakı ilə HSBC vasitəsilə həyata keçirilən hər hansı ödənişlər əlavə nəzərdən keçirilmək üçün saxlanıla, öz mülahizəmizə uyğun olaraq rədd edilə və vəsaitlər geri qaytarıla bilər”, - bankın açıqlamasında deyilir.

Bank müvafiq ödənişləri etməyi və ya almağı planlaşdıran müştərilərinə “alternativ variantlardan” istifadə etməyi tövsiyə edir.

“Reuters” agentliyi yazır ki, bankın qərarı onun Rusiya bazarından çıxmasının davamıdır. 2024-cü ilin may ayında HSBC Rusiya bölməsini “Expobank”-a satıb. Bundan əlavə, Britaniya bankı Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan ehtiyatlanır.

Rusiyanın Ukraynaya təcavüzündən sonra 1500-dən çox təşkilat Rusiyadakı fəaliyyətini məhdudlaşdırıb, onlardan 546-sı ölkəni tamamilə tərk edib. Kiyev İqtisadiyyat Məktəbinin hesablamalarına görə, müharibə başlayandan sonra xarici şirkətlərin 11%-i Rusiya bazarını tərk edib, 43%-i isə əvvəlki qaydada fəaliyyətini davam etdirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol