Menu

Atatürk hava limanında qəza nəticəsində 9 nəfər yaralanıb

04.11.2018, 17:34
Atatürk hava limanında qəza nəticəsində 9 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk beynəlxalq hava limanında xidməti maşınla aeroport əməkdaşlarını daşıyan mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb."Report" "Anadolu"ya istinadən xəbər verir ki, əraziyə dərhal polis əməkdaşları, yanğınsöndürənlər və "təcili yardım" briqadası cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bundan əvvəl Paris aeroportunda iki təyyarə toqquşub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol