Menu

“Soçi görüşü barədə məlumatsızıq” - Azərbaycan XİN

07.08.2014, 15:19
“Soçi görüşü barədə məlumatsızıq” - Azərbaycan XİN

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev avqustun 8-9-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilməsi planlaşdırılan görüş barədə teleqraf.com-un sualına cavab verərkən bildirib ki, bu barədə heç bir məlumat yoxdur:

"Açığını deyim ki, bu barədə məndə məlumat yoxdur. Əgər bu barədə hər hansı məlumat olsa, cənab prezidentin administrasiyasından bu barədə rəsmi məlumat verərlər.

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bugünlərdə müsahibəsində bildirdi ki, bu görüşlə bağlı hələlik konkret bir qərar yoxdur. Bununla bağlı qərarları isə Azərbaycan Prezidentinin Administrasiyası qəbul edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol