Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.


Şərhlər
Hörmətli Cənab Prezident ! Sizin ünvanınıza saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,müraciətlərim haqqında Sizə məlumat verilmədiyindən heç bir müsbət nəticə əldə edilməmişdir?
Belə ki,müraciətlərim Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından,qanunların aliliyinə riayət etmək əvəzinə,vətəndaşı dövlətdən narazı salan məmurların sözlərinə əməl edərək başdansovdu cavab verməkdən kəçinmirlər?
Xahiş edirəm, üzləşdiyimiz haqsızlıqlara son qoyulmasına köməklik göstərin