Menu

Kürd döyüşçüləri İraqın şimalında üç şəhəri döyüşsüz tərk ediblər

07.08.2014, 16:23
Kürd döyüşçüləri İraqın şimalında üç şəhəri döyüşsüz tərk ediblər

Hərbiləşdirilmiş Kürd birləşmələri (peşmərgə) İraqın şimalında üç yaşayış məntəqəsini döyüşsüz tərk ediblər.

SalamNews-un İTAR-TASS-a istinadla xəbər verir ki, İraq milli xəbər agentliyinin məlumat verdiyi kimi, peşmərgələr çıxdıqdan sonra Əl-Həmdaniyə (Mosuldan 30 kilometr şimal-şərqdə) şəhəri, Bəşikə kürd məskəni (Mosuldan 17 kolometr şimal-şərqdə) və Kara-Koş (Mosuldan 30 kilometr cənub-şərqdə) şəhəri “İslam dövləti” (DAİŞ) silahlılarının nəzarətinə keçib.

Əsasən xristianlardan ibarət olan Kara-Koş şəhərinə ekstremistlər hələ iyun ayında daxil olublar. Hələ o zaman şəhəri 10 min insan tərk edərək İraq Kürdüstanı ərazisində sığınacaq tapıblar.

Bəşikə yaşayış məntəqəsi yaxınlığında hazırda İraq təhlükəsizlik qüvvələri və ekstremistlər arasında qanlı toqquşmaların davam etdiyi bildirilib. DAİŞ-ə dəstək üçün şəhərə doğru istiqamət alan konvoya endirilən aviazərbələr nəticəsində 50 mücahid öldürülüb ,onlara məxsus 25 nəqliyyat vasitəsi isə məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol