Menu

İtaliyada məhkum poçt işçilərini girov götürüb

05.11.2018, 16:44
İtaliyada məhkum poçt işçilərini girov götürüb

İtaliyanın Reggio Emilia şəhərində Françesko Amato adlı bir nəfər poçt şöbəsinin dörd əməkdaşını girov götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, girovların azad edilməsi üçün ölkənin daxili işlər naziri Matteo Salvini ilə görüşmək tələbini irəli sürüb.

Hadisə yerinə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib, F.Amato ilə danışıqlar aparılır.

Bildirilir ki, Kalabriya mafiyası ilə əlbir olmaqda təqsirləndirilən bir qrup şəxslə birlikdə məhkəmə qarşısına çıxarılan F.Amatoya 19 il həbs cəzası verilib və o, bundan sonra poçt şöbəsinə gələrək əməkdaşları girov götürüb.

Şərhlər

ayzek 2018-11-05 16:44:35

BİZİM POLİSLƏRİMİZ "BMV" SÜRÜR, İTALYANLARINKI İSƏ "BUQATTİ"-GÖR NƏ QƏDƏR GERİDƏ QALMIŞIQ EY!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol