Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən iki mollanın maraqlı videogörüntüsü yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, görüntülərdə iki molla Ərdoğanın prezident seçilməsi üçün dua edir, bir ağızdan “amin” deyirlər.
Mollalardan biri “Baş nazir Ərdoğan prezident olsun”, “Səslər Tayyibə verilsin, prezident olsun, müsəlmanlar dinclik tapsın”, “Hər kəs səsini Ərdoğana versin”, “Hər kəs Ərdoğan desin, duasını Ərdoğana etsin” deyə dualar edir. Yanında olan digər molla isə “amin” deyə dualara qoşulur.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.


Şərhlər