Menu

"Azərbaycanda üç yaşına qədər uşaqlara müavinət verilməlidir" - Hadi Rəcəbli

08.11.2018, 12:12
"Azərbaycanda üç yaşına qədər uşaqlara müavinət verilməlidir" - Hadi Rəcəbli

“Vergi tətbiq olunmasında, sığortanın alınmasında köklü islahatların aparılması gözlənilir. Belə olan halda, qeyri-leqal məşğulluğun sığortaya cəlb edilməsi tendensiyası olacaq. Hətta sahibkarlar üçün sığorta faizlərinin aşağı salınması nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur: “Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun da hazırlana bilər”.

Şərhlər

elsevər 2018-11-08 12:12:11

İndimi yadına düşdü uşaqlar? Dövlətinmi imkanları artıb , ya millətin uşaqları imkansız durumdadı ? Əgər birincidirsə , onda niyə indiyə kimi yalan danışırdın ? Əgər ikincidirsə , onda yenə bu vaxta qədər yalan danışdığını etiraf etməlisən .

t.ədalət 2018-11-08 12:12:11

Üç yaşından sonra uşağın qidası göydən tökülür?Vallah,Hadı müəllim haqqında nəsə yazmaq istəmirəm.Amma kişinin oğlu bilərəkdən,ya da bilməyərəkdən elə sözlər deyir ki,onun savadına məəttəl qalırsan..

rasim 2018-11-08 12:12:11

Niyə 3 yaşına kimi? Müavinət uşaqlara verilməlidir 18 yaşına kimi, valideyinlərinin gəlirlərindən asılı olmayaraq. Hörmətli Hadı müəllim Siz özünüz 18 yaşınıza kimi uşaqpulu almısız. niyə verilməsin onlar gələcəyin anaları və əsgərləridir. Uşaq 18 yaşına kimi böyüyür ancaq dövlət qurumlarının heç birinin ondan xbəri olmur. 18 yaşı olan kimi voyenkom duru həyətdə uşağı ver aparım əsgərlyə. bəs indiyə qədər o voyenkom harada idi. 18 yaşına kimi bu uşağa o 18 qəpik pul xərcləyib?.əlbəttə yox. ancaq hazırına n

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol