Menu

Ukraynada separatçılar sanitar helikopterini vurublar

08.08.2014, 08:25
Ukraynada separatçılar sanitar helikopterini vurublar

Ukraynada terrorçular antiterror əməliyyatına cəlb olunmuş sanitar helikopterini vurublar.

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə antiterror əməliyyatın mətbuat katibi Aleksey Dmitraşkovskiy bildirib.

Onun sözlərinə görə, “Mİ-8” helikopteri sanitar çağırış əsasında uçuş həyata keçirdiyi zaman terrorçular tərəfindən vurulub.

“Helikopter məcburi eniş edib. Onun eniş etdiyi yer barədə məlumat yoxdur, onun göyərtəsində olan sərnişinlərin sayı dəqiqləşdirilir”, deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol