Menu

Bakı-Qazax yolunda 2 avtomobil toqquşub

11.11.2018, 13:27
Bakı-Qazax yolunda 2 avtomobil toqquşub

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib."Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Şəmkir rayon sakini Telman Mustafayev müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya müraciət edən T.Mustafayevə tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlu dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol