Menu

İnternetə anonim girişi qadağan edən qərar qəbul edildi

08.08.2014, 12:10
İnternetə anonim girişi qadağan edən qərar qəbul edildi

Rusiyanın baş naziri Dmitry Medvedev internetə anonim girişi qadağan edən qərar qəbul edib.

Həmin qərara görə, restoran, kafe, park, metro və digər ictimai yerlərdə Wi-Fi üzərindən internetə girmək istəyən Rusiya vətəndaşları pasport məlumatlarını təqdim etməlidirlər.

Digər normativ aktlara görə, operator internetə girən şəxslə bağlı məlumatları 3 ay saxlamaqla yanaşı, həm də ehtiyac yarandığı halda hüquq-mühafizə orqanlarına təqdim etməlidir.

Provayderlər nəzəri baxımdan qərarı qəbuledilən sayırlar, amma hesab edirlər ki, bunun üçün internetə qoşulmaq istəyəndən pasport məlumatlarını tələb edən xüsusi interfeys hazırlanmalıdır.  /AzadlıqR.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol